Gürcüstanda Azərbaycan vətəndaşı koronavirusa yoluxdu

Gürcüstanda Azərbaycan vətəndaşı koronavirusa yoluxdu
DÜNYA
13:55 29.06.2020
893
Gürcüstanda koronavirusun son aşkarlandığı 2 şəxsdən biri Azərbaycan vətəndaşıdır.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycan vətəndaşının yük maşını sürücüsü olduğunu və Gürcüstana Azərbaycandan gəldiyini deyib.

M.Ezuqbayanın sözlərinə görə, Gürcüstanın xüsusi rejimli xəstəxanalarında 120 koronaviruslu pasiyent müalicə olunur. Həkim COVID-19-un təsdiqləndiyi şəxslərin 85%-dən çoxunun sağaldığını qeyd edib. 
OXŞAR XƏBƏRLƏR