"Gürcüstanda Azərbaycanı təmsil edirəm" - Manana

"Gürcüstanda Azərbaycanı təmsil edirəm" - Manana
MAQAZİN
11:25 29.12.2025
97
"İndi daha Azərbaycanda qonaq yox, azərbaycanlıyam. Gürcüstana gedəndə də Azərbaycanı təmsil edirəm".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Manana Caparidze deyib.
 
"İlk dəfə "Kinoklub” verilişində tanındım. Verilişin rəhbəri Etibar Babayev səsimin gözəl olduğunu bildirib məni verilişə dəvət etdi, 16-17 yaşım var idi. Həmin verilişdə iştirak edərkən mən qətiyyən Azərbaycan dilində danışa bilmirdim, heç nə başa düşmürdüm. Verilişin qonaqları alqış edəndə mən də alqışlayırdım, güləndə gülürdüm. Özümə müəllim tutdum. Amma müəllimdən də əlavə çalışırdım ki, insanlarla çox ünsiyyətdə olum. Hətta xahiş edirdim ki, mənimlə rus yox, Azərbaycan dilində danışsınlar.
 
Səhər-axşam qəzetlər, kitablar oxuyurdum. İndi daha qonaq yox, azərbaycanlıyam. Evimiz buradadır. Gürcüstana getsəm də yenə bura qayıdıram. Gürcüstana gedəndə də Azərbaycanı təmsil edirəm. Oradakı verilişlərdə qonaq olarkən hamını Azərbaycan dilində salamlayıb, bu dildə mahnı oxuyuram”,- deyə sənətçi  bildirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR