Gürcüstanda azərbaycanlı hamilə qadın koronavirusdan sağaldı

Gürcüstanda azərbaycanlı hamilə qadın koronavirusdan sağaldı
DÜNYA
12:57 12.04.2020
1225
Gürcüstanın Bolnisi rayonunda koronavirusa yoluxan azərbaycanlı hamilə qadın koronavirusdan tam sağalıb.

Bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.

Onun sözlərinə görə, 24 həftəlik hamilə qadın xəstəxanaya martın 26-da çatdırılıb və pasiyentdə xəstəlik ciddi ağırlaşmalar olmadan keçib.

L.Ratiani deyib ki, qadının koronavirusla bağlı iki testinin cavabı mənfi olub: 

"Bir neçə saatdan sonra o, evə buraxılacaq. Dölün də vəziyyəti yoxlanılıb. Hazırkı mərhəldə döl fizioloji şərtlərə uyğundur”.

Qeyd edək ki, Gürcütanda bu günə qədər COVID-19 infeksiyasına 252 nəfər yoluxub. Onların 63-ü sağalıb, 3-ü isə ölüb. 
 
///Report
OXŞAR XƏBƏRLƏR