Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə koronavirusa yoluxanların sayı 30-u ötdü

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə koronavirusa yoluxanların sayı 30-u ötdü
DÜNYA
13:13 13.04.2020
1748
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 32-yə çatıb.

Bu barədə bölgənin qubernatoru Şota Rexviaşvili bildirib.

Onun sözlərinə görə, halların 14-ü Marneuli, 10-u Bolnisi, 8-i isə Rustavidə aşkarlanıb.

Ş.Rexviaşvili Kvemo Kartlidə karantin rejiminin yüngülləşdirilməsi barədə danışmağın hələ tez olduğunu deyib.

Qeyd edək ki, bu günə qədər bölgədə COVID-19 infeksiyasına 25 yoluxma halı təsdiqlənib. 
 
///Report
OXŞAR XƏBƏRLƏR