Gürcüstanda ötən sutkada daha 943 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 37 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 938 583 nəfər yoluxub, onların 13 942-i ölüb.
Son 24 saat ərzində 2 789, ümumilikdə isə 902 948 nəfər müalicə olunaraq sağalıb.