Gürcüstanda COVID-19-a sutkalıq yoluxma sayı 11 mini ötdü

Gürcüstanda COVID-19-a sutkalıq yoluxma sayı 11 mini ötdü
DÜNYA
16:40 22.01.2022
330
Gürcüstanda son sutkada koronavirusa 11 039 yeni yoluxma halı qeydə alınıb, 42 nəfər vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 5 199 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 041 749 nəfərdə aşkarlanıb. Onların 956 627-si sağalıb, 14 673-ü isə ölüb.
 
report
OXŞAR XƏBƏRLƏR