Gürcüstanda COVID-19-a yoluxanların sayı 580 mini keçib

Gürcüstanda COVID-19-a yoluxanların sayı 580 mini keçib
DÜNYA
13:52 12.09.2021
1376
Gürcüstanda son sutkada daha 1 838 nəfərdə koronavirus infeksiyası aşkar olunub, 39 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 580 869-a, ölənlərin sayı isə 8 185-ə yüksəlib.

Ötən 24 saat ərzində 5 289, ümumilikdə isə 541 610 nəfər müalicə olunaraq sağalıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR