"Gürcüstanda koronavirusa yeni yoluxan 8 nəfərin 3-ü tibb işçisidir”.
Bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, həmin şəxslər Boçorişvili adına klinikanın əməkdaşlarıdır.
Baş nazir qeyd edib ki, yoluxma hallarının 2-nin mənbəyi hələ məlum deyil.
Qeyd edək ki, indiyədək qonşu ölkədə 72 tibb işçisinin COVID-19-a yoluxması təsdiqlənib.
///Report