Gürcüstanda daha bir deputat koronavirusa yoluxub

DÜNYA
13:28 13.09.2020
705
Gürcüstan parlamentinin daha bir deputatı Gedevan Popxadzenin koronavirusa yoluxduğu təsdiqlənib.

O, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edib.

Deputatın COVID-19-la bağlı testi pozitiv nəticələnib.

Qeyd edək ki, bundan öncə deputat Levan Qoqiçaişviliyə də koronavirus diaqnozu qoyulub. Hər iki deputat "Bizim Gürcüstan - Həmrəylik Alyansı” Partiyasında təmsil olunur. Siyasi təşkilatın digər liderləri özünütəcrid rejimindədirlər. 
 
///Report

OXŞAR XƏBƏRLƏR

X Mostbet