Gürcüstanda əcnəbi turist qar uçqunu nəticəsində ölüb

Gürcüstanda əcnəbi turist qar uçqunu nəticəsində ölüb
DÜNYA
12:37 27.03.2025
334
Gürcüstanın Svaneti bölgəsində əcnəbi turist qar uçqunu nəticəsində ölüb.

Məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti təsdiqləyib.

Ölənin ispaniyalı qadın turist olduğu bildirilir. Məlumata görə, qar uçqunu turist qrupu Uşqulidə bələdçisiz xizək sürərkən baş verib.

Qrupun digər üzvlərinin xəsarət almadığı bildirilib.
 
///apa
OXŞAR XƏBƏRLƏR