Gürcüstanda əcnəbilərlə bağlı qaydalar sərtləşdirilir

Gürcüstanda əcnəbilərlə bağlı qaydalar sərtləşdirilir
DÜNYA
22:46 09.06.2025
273
Gürcüstan parlamenti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirən yeni qanunvericilik paketi hazırlayıb.

Bu barədə "Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.

Mdinaradze deyib ki, dəyişikliklərə əsasən, qaydaları pozan əcnəbilərə tətbiq olunan cərimələr artırılır, ölkədə qeyri-qanuni qalan şəxslərin çıxarılması prosesi isə sadələşdirilir.

Eyni zamanda, Gürcüstana girişə qadağa və yeni cəza növlərinin tətbiqi də nəzərdə tutulur. Bununla bağlı ölkənin cinayət və inzibati xətalar məcəllələrinə əlavələr ediləcək.
 
/report
OXŞAR XƏBƏRLƏR