Gürcüstanda əyani tədris bərpa olundu

Gürcüstanda əyani tədris bərpa olundu
DÜNYA
08:05 04.10.2021
340
Bu gündən Gürcüstanın orta və ali məktəblərində dərslər bərpa edilib.

AZXEBER.COM xəbər verir ki, təhsil alanlar sinif və auditoriyalarda qoruyucu maska taxmalı olacaqlar.

Qonşu ölkədə uşaq bağçaları da bu gündən açılıb. Həmçinin uşaq əyləncə mərkəzlərinin fəaliyyətinə də icazə verilib.

Qeyd edək ki, Gürcüstanda yeni 2021-2022-ci tədris ili sentyabrın 15-dən distant formada başlayıb.
OXŞAR XƏBƏRLƏR