Gürcüstanın "Vit Corciya 2" komandasının futbolçusu Vaxtanq Çarkviani dünyasını dəyişib.
20 yaşlı oyunçunun ölümünə koronavirus səbəb olub.
12 gün öncə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Vaxtanq Çarkviani Tbilisi "Dinamo"sunun yetirməsidir. O, Gürcüstanın 17 yaşadək futbolçulardan ibarət yığmasında da çıxış edib.