29-31 dekabr tarixlərində Gürcüstanın, Tbilisi və Marneuli şəhərlərində Gürcüstan və Azərbaycan gənclərinin iştirakı ilə “Gənc Liderlərin Forumu” keçiriləcəkdir.
AZXEBER.COM xəbər verir ki, forumda 50 nəfər gənc (20 Azərbaycan, 30 Gürcüstan) liderlərin iştirakı nəzərdə tutulmuşdur. Dörd gün davam edəcək forumda müxtəlif mövzular üzrə görüşlər və treninqlər keçiriləcəkdir. Eyni zamanda Reinteqrasiya Məsələləri üzrə Dövlət Naziri, Gənclər və İdman Naziri, , beynalxalq və yerli təşkilat rəhbərləri ilə görüşlər, SOCAR-ın baş ofisində seminar təşkil olunacaqdır. Forum çərçivəsində Gürcüstanın tarixi yerlərinə və mədəniyyət ocaqlarına səfərlər nəzərdə tutulmuşdur.
Layihənin keçirilməsində əsəs məqsəd, Gürcüstan və Azərbaycan gənclərinin inteqrasiyasına dəstək, gənclər arası əmakdaşlığın və dialoqun gücləndirilməsinə dəstək olmaqdır.