Gürcüstanda güclü qardan zərər çəkənlərə hərbçilər yardım edəcək

DÜNYA
19:35 25.02.2025
202
Gürcüstanın qərbində güclü qar yağmasından zərər çəkmiş əhaliyə yardım prosesinə hərbçilər cəlb ediləcək.

Müvafiq qərarı Gürcüstanın baş naziri İrakli Kobaxidze verib.

"Əlverişsiz hava şəraitinin yaratdığı çətinliklərin aradan qaldırılması, əhalinin ehtiyaclarının ən qısa müddətdə qarşılanması üçün yerli icra hakimiyyəti və aidiyyəti xidmət orqanlarının nümayəndələri fövqəladə rejimdə işləyirlər", - hökumət administrasiyasının bəyanatında bildirilib.
 
///apa
OXŞAR XƏBƏRLƏR