Gürcüstanda "Birlik - Milli Hərəkat” və "Dəyişiklik Koalisiyası” partiyalarının liderləri ayrı-ayrılıqda keçirdiyi brifinqdə Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinə dair elan etdiyi ilkin nəticələri tanımadıqlarını və deputat mandatlarından imtina etdiklərini bildiriblər.
AZXEBER.COM apaya istinadən xəbər verir ki, bu barədə Civil Georgia məlumat yayıb.
Partiya nümayəndələri seçkilərin saxtalaşdırılması üçün bir neçə üsuldan, xüsusilə yoxlama sisteminin manipulyasiyasından, etiketləmə qaydalarının pozulmasından istifadə edildiyini bildiriblər.