Gürcüstanda koronavirusa 15 712 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 15 712 yeni yoluxma qeydə alınıb
DÜNYA
14:04 13.02.2022
343
Gürcüstanda son sutkada koronavirusa 15 712 yeni yoluxma halı təsdiqlənib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 21 623 nəfər müalicə olunaraq sağalıb, 40 nəfər isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 454 065 nəfərdə aşkarlanıb. Onların 1 248 242-si sağalıb, 15 556-sı isə ölüb.
OXŞAR XƏBƏRLƏR