Gürcüstanda koronavirusa 602 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 602 yeni yoluxma qeydə alınıb
DÜNYA
20:10 17.05.2022
367
Gürcüstanda son həftədə koronavirusa 602 yeni yoluxma faktı təsdiqlənib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Mayın 9-dan 15-dək olan müddətdə daha 697 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 656 568 nəfərdə aşkarlanıb. Onların 1 639 069-u sağalıb, 16 822-si isə ölüb.
OXŞAR XƏBƏRLƏR