Gürcüstanda koronavirusa 72 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 72 yeni yoluxma qeydə alınıb
DÜNYA
20:08 01.05.2022
381
Gürcüstanda ötən sutkada koronavirusa 72 yeni yoluxma halı təsdiqlənib, 3 nəfər vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Son bir gündə daha 161 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 655 170 nəfər yoluxub. Onların 1 637 198-i sağalıb, 16 810-u isə ölüb.
OXŞAR XƏBƏRLƏR