Gürcüstanda koronavirusa 986 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 986 yeni yoluxma qeydə alınıb
SOSİAL
10:58 29.05.2021
391
Gürcüstanda ötən sutkada koronavirusa 986 yeni yoluxma faktı təsdiqlənib, 12 nəfər vəfat edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19 infeksiyası 342 880 nəfərdə aşkarlanıb, onların 4 739-u ölüb.

Son 24 saat ərzində xəstəlikdən 590, ümumilikdə isə 325 016 nəfər müalicə olunaraq sağalıb.
OXŞAR XƏBƏRLƏR