Gürcüstanda koronavirusa gündəlik yoluxma yenidən mini ötdü

Gürcüstanda koronavirusa gündəlik yoluxma yenidən mini ötdü
DÜNYA
13:05 22.03.2022
315
Gürcüstanda son sutkada koronavirusa 1 053 yeni yoluxma halı qeydə alınıb, 7 nəfər vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 643 295-ə, ölənlərin sayı isə 16 678-ə yüksəlib.

Son bir gündə 2 067, ümumilikdə isə 1 601 578 nəfər müalicə olunaraq sağalıb.
OXŞAR XƏBƏRLƏR