Gürcüstanda koronavirusa yoluxanların sayı 195 nəfərə çatdı

DÜNYA
10:11 07.04.2020
375
Gürcüstanda daha yeddi nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 195 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus yoluxmuş xəstələrin 39-u sağalıb, 2-si isə ölüb.

Hazırda karantində 4 735, stasionar nəzarətdə isə 383 nəfər saxlanılır.
 
///Report

OXŞAR XƏBƏRLƏR