Gürcüstanın müxalif "Dəyişiklik üçün” koalisiyasının lideri Nika Melia saxlanılıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb.
Bildirilib ki, müxalifət lideri Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin polis əməkdaşını təhqir etməni nəzərdə tutan maddəsi əsasında inzibati qaydada həbs edilib.
Qeyd olunub ki, müvafiq qərarın qəbul edilməsi üçün Nika Melia məhkəməyə çıxarılacaq.
Melianın mətbuat xidməti onun Lisi gölünün yaxınlığında televiziya proqramlarında birində iştirak üçün yol gedərkən çox sayda polis tərəfindən saxlanıldığı barədə məlumat yayıb.
Qeyd edək ki, Melia parlamentin Müvəqqəti İstintaq Komissiyasının sessiyasına sorğulanma üçün çağırılsa da iştirakdan imtina edib və bundan sonra ona Cinayət Məcəlləsinin 349-cu - Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının müraciətindən yayınma” maddəsi ilə ittiham irəli sürülüb.
İttiham cərimələnmə, bir ilə qədər həbs cəsası və ya üç ilə qədər islah işləri nəzərdə tutulur.