Gürcüstanda pandemiya qaydalarına əməl olunmasına nəzarət gücləndirilir

Gürcüstanda pandemiya qaydalarına əməl olunmasına nəzarət gücləndirilir
DÜNYA
14:29 09.08.2021
576
Gürcüstanda gecə klubları və qida obyektlərində pandemiya dövrünün tələblərinin yerinə yetirilməsinə nəzarət daha da ciddiləşəcək.

Bununla bağlı qərar Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında qəbul olunub.

Bununla yanaşı, toy, yas və bu kimi məclislərin keçirilməsinə də nəzarət gücləndiriləcək. Qayda pozuntusuna yol verən obyekt 10 min lari məbləğində cərimə olunacaq, analoji hal təkrarlanarsa bağlanacaq.

Qeyd edək ki, Gürcüstanda gecə klublarının həm açıq, həm də qapalı məkanlarda fəaliyyət göstərməsi qadağan olunub. Qida müəssisələrinin saat 00:00-dan 05:00-dək müştəri qəbul etməsinə icazə verilmir.
 
///Report
OXŞAR XƏBƏRLƏR