Gürcüstanda “Qarabağ Azərbaycandır!” yürüş-mitinqi keçirilib - FOTO

Gürcüstanda “Qarabağ Azərbaycandır!” yürüş-mitinqi keçirilib - FOTO
SOSİAL
13:45 09.10.2020
647

Qardabanidə keçirilən "Qarabağ Azərbaycandır!” adlı yürüş aksiya ilə davam etdirilib.

"Report”un yerli bürosu xəbər verir ki, yüzlərlə soydaşımız mərkəzi David Aqmaşenebeli adına parka toplaşıb. 

Aksiya "Yaşasın Azərbaycan!”, "Yaşasın rəşadətli Azərbaycan Ordusu!” şüarları altında keçirilib.

Çıxış edənlər Gürcüstan vətəndaşları olsalar da, ürəklərinin daima milli vətənləri olan Azərbaycanla döyündüyünü söyləyiblər.

Azərbaycanın haqq işində tezliklə qələbə çalacağına əminlik ifadə edən soydaşlarımız zəfər xəbərlərinə sevindiklərini bildiriblər.

Aksiyaya "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”, "Yaşasın Azərbaycan-Gürcüstan dostluğu” şüarları ilə yekun vurulub. 




OXŞAR XƏBƏRLƏR