Gürcüstanda Rusiya bayrağı yandırıldı

Gürcüstanda Rusiya bayrağı yandırıldı
14:27 26.02.2013
886

Tiflis (Gürcüstan) şəhərində “Rusiya işğalına qarşı” adlı iki aksiya keçirilib.

Bu aksiyaların birində Rusiya bayrağı yandırılıb.

Aksiya iştirakçılarından biri, həkim Revaz Çantladze bildirib ki, 25 fevral 1921-ci ildə Gürcüstan Rusiya tərəfindən işğal olunub: “Gürcüstanın faciələri məhz həmin gündən sonra başlayıb”.

Aksiyalarda Rusiya ordusunun işğal olunmuş Cənubi Osetiya və Abxaziyadan çıxarılması, Gürcüstanın ərazi bütövlüyünün bərpası tələb olunub.//APA

OXŞAR XƏBƏRLƏR