Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu yekunlaşıb.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, "Rustavi 2” kanalının sorğusuna əsasən "exit-poll”un nəticələrinə görə, "Gürcüstan arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvili səsvermədə liderdir. O, 55% səs toplayıb. Onun rəqibi Qriqol Vaşadze isə 45% səslə ikincidir.
"İmedi” telekanalının sifarişi ilə "Gallup İnternational” təşkilatının keçirdiyi "exit-poll”un nəticələrinə görə isə, Zurabişvili 58%, Vaşadze 42% səs yığıb.
Qriqol Vaşadze bu nəticələri qəbul etmədiyini bildirərək məğlubiyyətlə barışmayıb:
"Biz seçkilərin yekun nəticələrini gözləməliyik”.
Qeyd edək ki, seçkilərdə 47,51% seçici səs verib.