Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
DÜNYA
10:42 18.09.2025
176
Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub.

Hadisə hakim "Gürcü Arzusu" partiyasının ofisinin yaxınlığında qeydə alınıb.

İlkin məlumatlara əsasən, insident zamanı xəsarət alan olmayıb. Detallar məlum deyil.

Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaqa başladığını açıqlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir nəfəri saxlayıblar.
OXŞAR XƏBƏRLƏR