Gürcüstanda son sutkada koronavirusdan 79 nəfər öldü

Gürcüstanda son sutkada koronavirusdan 79 nəfər öldü
DÜNYA
10:49 26.08.2021
562
Gürcüstanda son sutkada daha 4 128 nəfərə koronavirus diaqnozu qoyulub, 5 611 nəfər sağalaraq evə buraxılıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ötən 24 saat ərzində 79 ölüm faktı qeydə alınıb.

Qonşu ölkədə indiyədək 532 171 nəfərin COVID-19-a yoluxduğu müəyyən edilib. Onların 468 917-si sağalıb, 7 028-i isə dünyasını dəyişib.
 
///Report
OXŞAR XƏBƏRLƏR