Gürcüstanda soydaşlarımızın sıx yaşadığı kəndləri sel basıb

Gürcüstanda soydaşlarımızın sıx yaşadığı kəndləri sel basıb
SOSİAL
11:49 27.09.2025
151
Gürcüstanın Laqodexi bölgəsində azərbaycanlıların sıx yaşadığı kəndləri sel basıb, həyətlər və avtomobillər su altında qalıb.

AZXEBER.COM xəbər verir ki, soydaşlarımızın kompakt yaşadığı Gəncəli, Uzuntala kəndlərində təbii fəlakət yaşanıb.

Qabal və Qaracalar kəndləri də təbii fəlakətlə üz üzədir. Qabal çayının daşması nəticəsində kənd ciddi təhlükə ilə üz-üzə qalıb. Bəzi evləri sel üçurub.

Hadisə zamanı bir sıra həyətləri su basıb, sakinlərə məxsus avtomobillər tamamilə suyun altında qalıb. Güclü sel kəndin infrastrukturuna da ziyan vurub.
 
\"Report"
OXŞAR XƏBƏRLƏR