Gürcüstanda terrorçuluqda ittiham olunan müxalifət lideri həbs edilib

Gürcüstanda terrorçuluqda ittiham olunan müxalifət lideri həbs edilib
DÜNYA
19:05 01.12.2025
95
Terror törətməyə cəhddə ittiham olunan müxalif "Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili barəsində həbs qətimkan tədbiri seçilib.

Hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.

Müdafiə tərəfi siyasətçi barəsində 5 min lari girov məbləğində girov qətimkan tədbirinin seçilməsini tələb etsə də, məhkəmə ittiham tərəfinin vəsatətini təmin edib.

Xatırladaq ki, Elisaşvili noyabrın 29-da Tbilisi Şəhər Məhkəməsinin dəftərxana binasını yandırmağa cəhd edib. Günahının sübuta yetiriləcəyi halda, müxalifətçi 10 ildən 15 ilədək həbs cəzası ilə üzləşə bilər.
 
///apa
OXŞAR XƏBƏRLƏR