Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş vermiş torpaq sürüşməsində ölənlərin sayı 19 nəfərə çatıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, fəlakət bölgəsində 16 nəfərin axtarışları davam etdirilir.