Gürcüstanda torpaq sürüşməsinin baş verdiyi Oni bələdiyyəsində daha bir nəfərin meyiti tapılıb.
Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili jurnalistlərə açıqlamasında məlumat verib.
O, meyitin çayın yatağında aşkar edildiyini, hazırda ekshumasiya işlərinin davam etdirildiyini bildirib. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Temur Mğebrişvili sürüşmə zonasında həmçinin aşağı ətrafların aşkarlandığını, itkin düşən 11 nəfərin axtarışlarının davam etdirildiyini qeyd edib.
Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş təbii fəlakətlə əlaqədar avqustun 7-də Gürcüstanda matəm günü elan edilib.