"Gürcüstanda uşaqların aksiyalara cəlb olunması cəhdi Qərbin çirkin marağına güzgü tutur"

SOSİAL
17:39 06.12.2024
159
Azərbaycanın bəzi müxalifət partiyalarının ABŞ Prezidenti Buşun şəklini başları üzərin qaldıraraq mitinqlərə çıxdığı günlər ictimai tarixin acı həqiqətlərindəndir.
 
Elçibəyi, Rəsulzadəni Buşun populist çıxışına dəyişənlərin xalqa sədaqətli olacaqlarına xalq təbii ki, inana bilməzdi, inanmadı da. İllər keçdi, nə Buş, nə ATƏT, nə AŞPA, nə AB Azərbaycan xalqına gün ağladı. Öz acılarımıza özümüz dərman olduq. Təsəvvür edək, hələ də ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsini həll edəcəyinə ümid bağlasaydıq 5 ilimiz də qurban gedəcəkdi. 

Hörmətsizliyi ilə daha çox populyarlıq qazanan hörmətli Qərb, barmağınızı qatlayın ki, hansısa ölkəyə, hansısa xalqa xoşbəxtlik gətirmisiz? Harda iziniz var, orda qanqal bitib.  Əfqanıstan, Fələstin, Liviya, İraq, Misir, Suriya, Ukrayna, Gürcüstan, Ermənistan sizin əl işinizin rəzalət rəsmidir. Bu ölkələrin xalqlarını saxta azadlıq parıltısı ilə yoldan çıxarıb dövlətlərini xarabazara çevirmisiz. Qafqazı işğal etmək planınız dəfələrlə iflasa uğramaqla yanaşı atdığınız hər addım Qafqaz ölkələrindən birini kökündən ayıraraq fəlakətə sürükləyib. 

Növbəti dəfə Gürcüstanı hədəfə almısız. Saakaşvilini hakimiyyətə gətirməklə onun ölkəsinin ərazilərini parçalamış oldunuz, nəticədə keçmiş prezidentin həbsxanada çürüməsinə hətta ləzzətlə tamaşa edirsiniz. Paşinyanı qızışdırıb Azərbaycana qarşı qaldırdınız, bu da erməni baş nazirin aqibəti. Dünyanı qloballaşdırmaq istəyirdiniz, siyasətiniz iflasa uğradı. Hər bir xalqın öz tarixi, genetik, ənənəvi kimliyi var. Məsələn, gürcünü necə alman edə bilərsən, yaxud azərbaycanlı frnasız ola bilməz axı. Olmadı da. Qloballaşma niyyəti gerçəkləşmədən iflasa uğradı. Xalqlar çox yaxşı dərk edirlər ki, bu acımasız dünyada sakit yaşamaq öz kökünə bağlı olmaqla mümkündür. Əlbəttə uşaqlar və yeniyetmələr bu gerçəyi tam anlamaya bilərlər, elə bu səbəbdəndir, ölkədaxili ixtişaşlarda gənc nəsil alətə çevrilir. Gürcüstanda Qərbin fətvası ilə meydanlara çıxanların başında dayananlar uşaqları aksiyalara çağırmaqla mənəvi cəhətdən aşındıqlarını təsdiqləmiş oldular. 

Qərb maraqlarını təmin etsin deyə, bir ölkənin bütün infrastrukturunu dağıtmağa, xalqını parçalamağa acımasızcasına rəvac verir. Avropa Birliyinə dövlət yox, ölkə inteqrasiya ola bilər. Gələk, gedək, gəzək, görək, yaşayaq, mədəniyyətlərimizi inteqrasiya edək, daha dövləti Avropa alətinə çevirməyək. Hər bir dövlət min bir zülmlərdən keçərək qurulub və özünəməxsus dəyərlər üzərində də bərqərardır. Niyə hansısa qütb o dövləti vassalına çevirməlidir? 

Dünyada Qərb siyasətinin nəticəsində xarabazara çevrilən dövlətlər artmaqdadır. Bu acı nümunə ölkələrə dərs olsun.
 
Ceyhun Musaoğlu


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edib

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"