AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Arif Məmmədov Batumiyə tələbələrinin qatıldığı karate yarışı ilə bağlı səfər edib.
Federasiya prezidentinin səfər zamanı səhhətində qəfil problemlər yaranıb və təcili şəkildə xəstəxanaya yerləşdirilib.
Arif Məmmədov bir müddətdir Gürcüstanın Batumi şəhərində müalicə alıb. Həkimlər ciyərlərində buzlaşma (hipotermiyaya bənzər pnevmoniya prosesi - red) getdiyini bildirib. Ciyərlərində aşkarlanan virus səbəbilə səhhəti ağırlaşaraq xəstəxanaya yerləşdirilib. Bir ay Batumidə müalicə alan A.Məmmədovun vəziyyəti stabilləşmədiyindən bir neçə gün öncə Türkiyənin Trabzon şəhərində yerləşən özəl xəstəxanalardan birinə köçürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Arif Məmmədovun nəşi bu gecə saatlarında Bakıya gətiriləcək.Qeyd edək ki, Arif Məmmədov 2023-cü ildən etibarən Azərbaycan Karate-Do Federasiyasına rəhbərlik edirdi.
Gülay