Gürcüstanda yerli seçkilərin ikinci mərhələsinin tarixi açıqlandı

DÜNYA
19:35 16.10.2021
207
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci mərhələsi oktyabrın 30-da keçiriləcək.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natia İoseliani brifinqdə deyib.

Onun sözlərinə görə, ikinci tur Tbilisi də daxil olmaqla 20 şəhər və 42 yerli majoritar dairədə təşkil olunacaq.

N.İoseliani qeyd edib ki, ikinci mərhələnin təyin olunması ilə bağlı müvafiq qərar MSK-nın bugünkü iclasında qəbul ediləcək.

Qeyd edək ki, seçkilərin birinci mərhələsi oktyabrın 2-də baş tutub.
 
\Report

OXŞAR XƏBƏRLƏR