Gürcüstanda özünütəcrid və karantin müddəti qısaldılır

DÜNYA
19:45 11.01.2022
313
Gürcüstanda koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən özünütəcrid və karantin müddəti qısaldılacaq.

Bu məlumatı ölkənin baş epidemioloqu Amiran Qamkrelidze və səhiyyə nazirinin müavini Tamar Qabunia təsdiqləyib.

Hazırda özünütəcrid və karantin müddəti 12 gündür.

Qamkrelidzenin sözlərinə görə, Xəstəliklərə Nəzarət Milli Mərkəzi artıq müvafiq protokol hazırlayıb və o, yaxın günlərdə Səhiyyə Nazirliyinə təqdim olunacaq.

Tamar Qabunia qeyd edib ki, özünütəcrid və karantin müddətlərinin dəyişməsi "Omikron” ştammının ağır gedişi ilə yox, yoluxma müddətinin əvvəlki ştammlarla müqayisədə nisbətən qısa olması ilə bağlıdır.

Onun sözlərinə görə, infeksiyanın asimptomatik gedişi ilə səkkiz günlük özünütəcrid kifayət edəcək və simptomlar olduğu halında bu müddət 10 günə qədər uzadılacaq.

"Bildiyiniz kimi, karantin dövrləri ilə əlaqədar Avropa və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin protokollarına əməl edirik. Nazirlik məsləhətləşmələrə başlayıb. Bu gün və ya sabah karantin üçün yenilənmiş şərtlər yekunlaşdırılacaq”, - deyə Qabunia bildirib.

OXŞAR XƏBƏRLƏR