Gürcüstanda keçirilən Temo Kazaraşvilinin xatirə turniri başa çatıb. Turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız ümumilikdə 4 gümüş və 2 bürünc medal qazanıb.Finala qədər maneəsiz gələngüləşçilərimizdən Nofəl Babayev (42 kq) və Mehrac Kərimov (69 kq) gürcü,Elçin Məmmədov (54 kq)vəZahid Ələkbərzadə (58 kq) isətürk güləşçi ilə görüşdən məğlub ayrılıb vəgümüş medalla kifayətlənib.Adambek Şidukov (100 kq) gürcü güləşçisi ilə həlledici görüşdə qalib gəlib və bürünc medal qazanıb. 100 kq çəkidə digər təmsilçimiz Cavid Feyziyev də bürünc medala sahib olub.Yaşar Məmmədzadə (46 kq)və Şamo Süleymanov (58 kq) beşinci olub.