Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 105 qanunsuz miqrant deportasiya edilib

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 105 qanunsuz miqrant deportasiya edilib
DÜNYA
11:11 24.03.2026
220
Son günlərdə Gürcüstanda 105 nəfər əcnəbinin qanuni əsas olmadan yaşadığı müəyyən edilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Türkiyə, Hindistan, Çin, Rusiya, Türkmənistan, Azərbaycan, İordaniya, Mərakeş, Banqaldeş, Myanma, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Belarus, Misir, Livan, Nepal, Sudan və digər ölkələrin vətəndaşları olan həmin şəxslər Gürcüstandan deportasiya olunub. Yerli qanunvericiliyə uyğun olaraq, onların Gürcüstana girişi qadağan edilib.

DİN-nin məlumatında qeyd olunub ki, cari ilin statistik məlumatlarına əsasən, Gürcüstandan 806 nəfər xarici ölkə vətəndaşı deportasiya edilib.
OXŞAR XƏBƏRLƏR