Gürcüstandan gələn şəxsdən marixuana aşkar edildi

KRİMİNAL
15:17 24.11.2018
7177
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi "Toyota Tundra" markalı avtomobil saxlanılıb. Bu barədə AZXEBER.COM-a DGK-dan məlumat verilib.

Gürcüstandan gələn nəqliyyat vasitəsinə rentgen baxışı zamanı avtomobildə olan çantalardan birində bıçaq müəyyən edilib. Bundan sonra çantalar yoxlanıb. Nəticədə digər çantada - siqaret qutusunun içində, ümumu çəkisi 8 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR