"Gəncə qapılarının vəziyyəti ilə bağlı Gürcüstan tərəfindən yekdil rəy yoxdur. Amma biz bunun danışıqlar vasitəsi ilə Azərbaycana qaytarılmasını müzakirə edirik”.
Bunu mədəniyyət naziri Anar Kərimov Gəncədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məsələ Azərbaycanın təşəbbüsü ilə Gürcüstanla Azərbaycan arasında Hökümətlərarası Komissiyanın gündəliyinə salınıb:
"Danışıqlar asan olmasa da, gedir. Məqsədimiz Azərbaycan mirasına aid olan qapıların ölkəyə qaytarılmasıdır”.