Gürcüstanın Baş naziri: ABŞ ilə münasibətlər 2025-ci ildə dəyişəcək

Gürcüstanın Baş naziri: ABŞ ilə münasibətlər 2025-ci ildə dəyişəcək
DÜNYA
19:50 13.07.2024
174
Gələn ilin əvvəlindən Gürcüstanla ABŞ arasında münasibətlər əhəmiyyətli dərəcədə dəyişəcək.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Gürcüstan "xarici agentlər” haqqında qanunu qəbul etdikdən sonra ABŞ viza məhdudiyyətləri tətbiq edib və Gürcüstandakı birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb.

"Əminəm ki, haradasa ilin əvvəlindən Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında münasibətlərin inkişafı əhəmiyyətli dərəcədə dəyişəcək”, – Baş nazir bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlərin sağalması və yenidən qurulması lazımdır və ABŞ-nin son qərarları buna kömək etmir.
OXŞAR XƏBƏRLƏR