Gürcüstanın Baş naziri müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib

Gürcüstanın Baş naziri müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib
DÜNYA
11:33 02.04.2022
253
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili müsəlman həmvətənlərini Ramazan ayının başlaması münasibətilə təbrik edib.

Hökumət başçısı Ramazanı mənəvi təmizlənmə, bağışlanma və mərhəmət ayı adlandırıb.

İ.Qaribaşvili müsəlmanlara və onların ailələrinə Ramazan ayını inam və əmin-amanlıqla başa çatdırmağı, cansağlığı və firəvanlıq arzulayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR