Gürcüstanın Baş naziri: Xaricdən seçkilərə misli görünməmiş müdaxilə var

Gürcüstanın Baş naziri: Xaricdən seçkilərə misli görünməmiş müdaxilə var
DÜNYA
19:08 27.09.2024
238
Gürcüstanın Baş naziri İrakli Kobaxidze 26 oktyabrda keçirilməsi planlaşdırılan parlament seçkiləri prosesinə xaricdən misli görünməmiş müdaxilə olduğunu bəyan edib.

İ.Kobaxidze bunu jurnalistlərə bildirib.

"Belə müdaxilələr əvvəllər də olub, lakin cari seçkilərə xaricdən müdaxilə xüsusilə intensivdir. Nə o zaman, nə də indi heç kim gürcü xalqının iradəsini öz istədiyi kimi formalaşdıra bilməz. Buna görə də bu müdaxilənin heç bir effekti olmayacaq", - o bildirib.
OXŞAR XƏBƏRLƏR