Gürcüstanın DİN rəhbəri: “Batumidə dağıntılar altında 10-a yaxın insan qalıb”

Gürcüstanın DİN rəhbəri: “Batumidə dağıntılar altında 10-a yaxın insan qalıb”
DÜNYA
23:49 08.10.2021
622
"Zənnimcə, Batumidə dağıntılar altında qalanların sayı 10-dan çox olmamalıdır”.

AZXEBER.COM xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, onların arasında iki-üç uşaq ola bilər.

V.Qomelaruri qeyd edib ki, xilasedicilərin meyit aşkarladığı güman edilir, lakin bununla bağlı məlumat hələ dəqiqləşdirilir.

O, axtarış-xilasetmə işlərinin bütün gecə və sabah da davam etdiriləcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR