Gürcüstanın DTX rəisi: "Dmanisidəki insidentlə bağlı saxlanılanlar var"

Gürcüstanın DTX rəisi: "Dmanisidəki insidentlə bağlı saxlanılanlar var"
DÜNYA
15:33 17.05.2021
549
"Dmanisidə ötən gün baş vermiş insidentlə bağlı olaraq bir neçə şəxs saxlanılıb".

Bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili Dmanisidə jurnalistlərə açıqlamasında deyib.

O, istinaq tədbirlərinin davam etdirildiyini və qarşıdurma zamanı ağır xəsarət alanlarla bağlı məlumata sahib olmadığını bildirib.

DTX rəisi rayonda hazırkı vəziyyətin sakit olduğunu və tərəflərlə müvafiq işlərin aparıldığını qeyd edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR