Gürcüstanın eks baş nazirinə hücum edildi - Başına yumurta atdılar

DÜNYA
12:23 18.02.2025
168
Gürcüstanın keçmiş baş naziri, "Gürcüstan Naminə” Partiyasının lideri Giorgi Qaxariyaya Münhen Təhlükəsizlik Konfransından qayıtdıqdan sonra Tbilisi beynəlxalq hava limanında yumurta atılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hava limanına toplaşan bir qrup fəal eks baş nazir Qaxariyanı və onun həmkarı Elquca Xokrişvilini təhqir edib, başlarına yumurta atıblar.

Partiya rəsmiləri hücumun əvvəlcədən təşkil edildiyini və hava limanında polisin şüurlu şəkildə müdaxilə etmədiyini iddia edib.
 
Bu, Qaxariyaya ilk hücum olmayıb. O, 2025-ci ilin yanvarında Batumidə oteldə döyülüb və burnu sındırılıb.
   
Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze hücumun araşdırıldığını, təfərrüatları bir müddət sonra bölüşəcəklərini deyib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR