Gürcüstanın keçmiş baş naziri qanunsuz gəlirlər əldə etdiyini etiraf edib

Gürcüstanın keçmiş baş naziri qanunsuz gəlirlər əldə etdiyini etiraf edib
DÜNYA
01:24 23.10.2025
88
"Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili dindirmə zamanı qanunsuz gəlirlər əldə etdiyini etiraf edib".

Bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze bildirib.

Qaqnidzenin sözlərinə görə, Qaribaşvilu bu gün Agentlikdə dindirilib:

"O, istintaqla tam əməkdaşlıq edir və bir neçə il ərzində qeyri-qanuni gəlirlər əldə etdiyi faktını etiraf edib".

Xatırladaq ki, oktyabrın 18-də Qaribaşvili, DTX-nın keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin evlərində aparılan axtarışlar zamanı ümumilikdə 7 002 200 dollar və 136 min lari məbləğində nağd pul müsadirə edilib.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR