Gürcüstanın maliyyə naziri və müavini koronavirusa yoluxub

Gürcüstanın maliyyə naziri və müavini koronavirusa yoluxub
DÜNYA
20:42 30.11.2020
585
Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin koronavirusa yoluxması təsdiqlənib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, nazir özünü yaxşı hiss edir və işini distant rejimdə davam etdirir.

Nazirlikdən qeyd olunub ki, İ.Maçavarianinin müavini Giorgi Kakauridzedə də COVID-19 aşkarlanıb və o da ev şəraitində müalicə olunur.
OXŞAR XƏBƏRLƏR