Gürcüstanla sərhəddə yenilik

Gürcüstanla sərhəddə yenilik
SİYASƏT
17:49 28.07.2015
1232
İyulun 28-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində Azərbaycan və Gürcüstan gömrük orqanlarının nümayəndə heyətlərinin görüşü keçirilib.Dövlət Gömrük Komitəsindən AZXEBER.COM-a verilən xəbərə görə, görüşdən əvvəl nümayəndə heyətləri hər iki ölkənin gömrük orqanları rəhbərləri arasında “Sadıxlı” keçid məntəqəsinin fəaliyyətinin bərpası ilə bağlı görüşlərin keçirilməsinə dair əldə olunan razılıqçərçivəsində“Sadıxlı” və “Mtkvari” keçid məntəqələrindəki vəziyyətlə tanış olublar.Daha sonra “Sınıq Körpü” keçid məntəqəsində nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə bildirilib ki, hazırda bölgədə həyata keçirilən irimiqyaslı layihələr, eləcə də turizm potensialinin gücləndirilməsi ilə əlaqədar tədbirlər nəticəsində sərhəddən keçən sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin ciddi artımı müşahidə olunur. Bu istiqamətdə gömrük xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması, sərhəddən keçidin sürətləndirilməsi və asanlaşdırılması məqsədilə birgə əməkdaşlığın vacibliyi vurğulanıb.Görüşdə “Sadıxlı” və “Mtkvari” keçid məntəqələrindən sərnişinlərin 24 saat keçidinin təmin olunması üçün lazımi tədbirlərin görülməsi, bu il avqustun 10-dan etibarən isə saat 08.00-dan 20.00-dək yüngül minik avtomobillərinin keçidininin təmin olunması barədə razılıq əldə olunub.Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
12:43 24.05.2025
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
12:33 24.05.2025
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı